16:39 - 16.09.2024
16 sentyabr, Fineko/abc.az. Özbəkistanda günəş enerjisinə dəstək proqramı davam edir.
ABC.AZ xəbər verir ki, Dövlət vergi Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk 7 ayında 4 986 fiziki şəxs evlərində quraşdırılmış günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal edib və artıqlığı (4,8 milyon kvt/saat) regional elektrik şəbəkələrinə satıb.
Elektrik enerjisi 1000 sum / 1 kVt saat tarifi ilə alınıb, ödənişlərin ümumi məbləği isə 4,8 milyard sum (~380 min dollar) təşkil edib.
Bu, günəş enerjisinin əhali arasında artan populyarlığını və hökumətin bərpa olunan enerjiyə dəstək proqramının səmərəliliyini göstərir.
17 Avqust 2026
15 Avqust 2026