16:55 - 29.08.2024
29 avqust, Fineko/abc.az. Bişkekdə Qırğızıstanın energetika naziri Taalaibek İbrayevin "FAS Energy" şirkətinin baş direktoru Turki Alxokayrla görüşü keçirilib.
ABC.AZ xəbər verir ki, tərəflər Qırğızıstanın enerji sahəsindəki potensialını, layihələrin birgə həyata keçirilməsi və müasir texnologiyaların istifadəsində təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdilər.
Görüş nəticəsində Qırğızıstan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş memorandum imzalanıb.
Memorandumun əsas məqsədi dövlət binalarının və müəssisələrinin damlarına günəş panelləri quraşdırmaqdır ki, bu da bərpa olunan enerjidən istifadənin səmərəliliyini artıracaq.
Memorandumun imzalanması Qırğızıstanın yaşıl enerjini inkişaf etdirmək və bu sektora xarici investisiyalar cəlb etmək istəyini vurğulayır.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026