14:30 - 26.08.2024
26 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 2,57 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, 7 ayda Gürcüstandan ümumilikdə 48,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Hesabat dövründə Gürcüstandan 4 ölkəyə elektrik enerjisi ixracı həyat keçirilib. Tədarükçülər Türkiyə (40,07 milyon ABŞ dolları), Ermənistan (5,87 milyon ABŞ dolları), Azərbaycan (2,57 milyon ABŞ dolları) və Rusiya (64,9 min ABŞ dolları) olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026