Neft ucuzlaşır, Brent bir barel üçün $79,41 təşkil edir

09:26 - 19.08.2024


19 avqust, Fineko/abc.az. Bazar ertəsi baş tutan hərracda etalon markaların qiyməti aşağı düşür.

ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:23-də $0,27 (0,34%), bir barelə $79,41-a düşüb. Avqustun 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin oktyabr fyuçersləri bir barelə $1,36 (1,68%) ucuzlaşaraq $79,68-a enib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin sentyabr fyuçerslərinin qiyməti saat 09:23-də $0,24 (0,31%) azalaraq bir barel üçün $76,41-a düşüb. Avqustun 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $1,51 (1,93%) ucuzlaşaraq bir barel üçün $76,65-a düşüb.