Britaniyanın “Alpha Capital Group”u Tanzaniyada halal fondunu təqdim edib

15:09 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Tanzaniyada islam prinsiplərinə riayət edən etik fondu təqdim edən ilk firma Britaniya “Alpha Capital Group” olub.

ABC.AZ xəbər verir ki, Alpha Halal Fondu adlanan açıq kollektiv sxem, Kapital Bazarları və Qiymətli kağızlar İdarəsindən (CMSA) bütün icazələri alıb və iki ay ərzində 10 milyard şillinq cəlb etməyi hədəfləyir.

CMSA-nın bazar nəzarəti və Araşdırma direktoru Ekso Culius, Fondun hökumətin həm şəhər, həm də kənd əhalisi üçün maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədlərinə uyğun olduğunu deyib.

"Halal Fond bütün qanuni tələblərə, qaydalara və İslam investisiya sxemlərinə dair tövsiyələrə cavab verir" deyə o qeyd edib.
Fond şəriət standartlarına uyğun səhmlərə, sukuk (istiqrazların islami ekvivalenti) və dövlət fondlarına, o cümlədən şəriət standartlarına cavab verən birjada satılan fondlara investisiya yatırır.
Beləliklə, xəzinə istiqrazları və bank səhmləri, eləcə də alkoqol, tütün, silah və əyləncə kimi sahələr İslam cəmiyyəti üçün uyğun olmayan investisiya sahələrindən xaric edilib.
Şəriət normalarına uyğun fond Keniya, Uqanda, Mauritius və Cənubi Afrika kimi ölkələrdə artıq mövcuddur.