17:11 - 16.07.2024
16 iyul, Fineko/abc.az. Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Bloomberg agentliyi ilə söhbətində bildirib ki, "Rosatom" dövlət korporasiyası Sinopda Atom Elektrik Stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üçün digərlərindən daha uyğundur.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə,"Rosatom" Türkiyəyə sərmayə yatıran və müvafiq təcrübə toplayan şirkətdir. Məhz buna görə stansiyanın tikintisi üçün digər xarici şirkətlərdən daha yaxşıdır, agentliyin həmsöhbəti belə hesab edir.
Daha əvvəl məlum olub ki, dövlət korporasiyası Sinopda Atom Elektrik Stansiyası tikməyə hazır olduğunu bildirib. Ankara həyata keçirmək üçün Rusiya şirkətini seçərsə, bu, onun ikinci belə layihəsi olacaq. Birincisi "Akkuyu" AES-dir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026