09:18 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi hərracda yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr ayı üçün fyuçers qiyməti saat 09:10-da $0,14 (0,16%) artaraq bir barelə $85,17-a yüksəlib. İyulun 12-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri bir barelə $0,37 (0,43%) azalaraq $85,03-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin dəyəri saat 09:10-da $0,13 (0,16%) artaraq bir barel üçün $82,34-a çatdı. İyulun 12-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $0,41 (0,50%) azalaraq bir barel üçün $82,21-a düşüb.
Ötən həftə Brent markalı neft 1,74%, WTI isə 1,14% ucuzlaşıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026