10:06 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 443 min barel azalaraq 445 096 min barel təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 700 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026