“Bulgargaz” şirkəti buna görə “Gazprom”dan 400 milyon avro təzminat tələb edir

10:23 - 10.07.2024


10 iyul, Fineko/abc.az. Bolqarıstanın “Bulgargaz” şirkəti məhkəmə yolu ilə “Gazprom”dan 400 milyon avro məbləğində təzminat tələb edir.

ABC.AZ xəbər verir ki, bu barədə “RIA Novosti” Bolqarıstan Milli Televiziyasına istinadən məlumat yayıb.

Bolqarıstanın qaz operatoru Parisdəki Beynəlxalq Ticarət Palatasının arbitraj məhkəməsinə iddia qaldırdığını bildirib.

Şirkətin açıqlamasında bildirilir ki, iddia 2022-ci ilin aprel ayında qaz təchizatının kəsilməsi səbəbindən dəymiş ziyana aiddir.