17:19 - 1.07.2024
1 iyul, Fineko/abc.az. İyunun 26-da Tehranda Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi ilə İranın neft sənayesi naziri Cavad Oci arasında qaz sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.
ABC.AZ-ın məlumatına görə, bu memorandumla İran Rusiya qazını daha yüksək qiymətə İraq, Türkiyə və Pakistana ixrac edəcək. Cavad Ocinin sözlərinə görə, bu müqavilə İranın qaz ticarətinin payını artıracaq və onu regionun qaz mərkəzinə çevirəcək. Rusiyadan başqa, qonşu ölkələr də bu müqavilədən faydalanacaqlar.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026