14:56 - 9.08.2018
9 avqust, Fineko/abc.az. Valyuta hərracı nəticəsində dollar və manat əvvəlki səviyyədə qaldı.
“Avqustun 9-da Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.
Avqustun 7-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.