10:26 - 13.05.2024
13 may, Fineko/abc.az. Equinor qışda böhranın qarşısını almaq üçün qaz hasilatını artırmağı planlaşdırır. Hazırda Avropanın əsas təbii qaz təchizatçısına rəhbərlik edən Anders Opdeal əlavə edir ki, platformalarda aparılan təmir işləri Avropaya qaz tədarükünə təsir etməyəcək.
ABC.AZ xəbər verir ki, bu təmir və profilaktik işlərə görə Equinor, 2023-cü ilin nəticələrinə görə istehsalın artım proqnozunu 3%-dən 1,5%-ə endirmişdi. Lakin indi bütün işlər başa çatıb və Opedalın sözlərinə görə, istilik mövsümü başlamazdan əvvəl hasilatı artırmaq üçün hələ vaxt var.
21 Avqust 2026
21 Avqust 2026