09:27 - 10.05.2024
10 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü hərracda yüksəlir və həftəni böyümə ilə başa vurur.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:23-də $0,54 (0,64%) artaraq bir barel üçün $84,42-a çatıb. 9 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersləri $0,27 (0,34%) artaraq bir barel üçün $83,88-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti 09:23-ə $0,61 (0,77%) artaraq bir barel üçün $79,87-a yüksəldi. 9 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin dəyəri $0,27 (0,34%) artaraq bir barel üçün $79,26-a çatdı.
Bu həftə Brent markalı neft 1,76%, WTI nefti isə 2,25% bahalaşıb.
21 Avqust 2026
19 Avqust 2026