12:51 - 26.04.2024
26 aprel, Fineko/abc.az. “Saudi Aramco” neft şirkəti Beynəlxalq Futbol Federasiyası (FIFA) ilə 2026-cı il futbol üzrə Dünya Çempionatının və 2027-ci il Qadınlar dünya çempionatının sponsoru olacaq dörd illik müqavilə imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Saudi Aramco”nun məlumatında deyilir.
“Aramco və FIFA əməkdaşlıq yolu ilə bütün dünyada təsirli sosial təşəbbüslər inkişaf etdirmək üçün futbolun imkanlarından istifadə etmək niyyətindədirlər”, — deyə məlumatda qeyd olunur.
“Aramco”, FIFA ilə birlikdə dünyanın hər yerində futbol tədbirlərinə ev sahibliyi edərkən şirkətin təcrübəsindən və texnologiyasından istifadə etmək üçün innovasiya tətbiq etməyi planlaşdırır.
17 Avqust 2026
15 Avqust 2026