Meta-nın cari ildə gəlirləri 36.6 mlrd. dollara çatıb

11:22 - 26.04.2024


26 aprel, Fineko/abc.az. Meta yanvar-mart dövrü üçün balans hesabatını açıqladı.

ABC.AZ xəbər verir ki,“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 36,5 milyard dollara çatıb.

Meta 2023-cü ilin birinci rübündə 28,6 milyard dollar gəlir əldə etmişdi.

 Şirkətin bu dövrdəki gəliri 36,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

 Meta-nın xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlamışdı.

Şirkətin 2023-cü ilin birinci rübündə 2,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,71 dollara yüksəlib.

Şirkət ilin ikinci rübündə 36,5 ilə 39 milyard dollar arasında gəlir gözlədiyini bildirdi.