10:27 - 19.03.2024
19 mart, Fineko/abc.az. Enerji keçidi uğurlu olmadı və indi neft və qazdan imtina etmək “fantaziyasından” imtina etməyin vaxtıdır.
ABC.AZ xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser səsləndirib.
O, təxmin etdi ki, mədən yanacaqlar olan tələbin yalnız önümüzdəki illərdə artacaq.
"Keçid dövrü strategiyasına yenidən baxılmalıdır və mənim təklifim budur: neft və qazdan imtina etmək xəyalından əl çəkməli və bunun əvəzinə tələblə bağlı real investisiya qoymalıyıq”, — deyə Nasser bildirib.
Nasser, alternativ enerji mənbələrinin, son iyirmi ildə dünyanın onlara 9,5 trilyon dollardan çox sərmayə qoymasına baxmayaraq, karbohidrogenləri geniş miqyasda sıxışdıra bilmədiyini dedi.
21 Avqust 2026
19 Avqust 2026