17:24 - 19.02.2024
19 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə İtaliya ilə bərabər, Yunanıstan, Rumıniya və Bolqarıstana təbii qaz ixracı kəskin yüksəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İtaliyaya 10.71 mlrd. m3 ($8.05 mlrd.-lıq, Bolqarıstana 1.275 mlrd. m3 ($470.34 mln.-lıq, Yunanıstana 1.117 mlrd. m3 ($900.29 mln.) və Rumıniyaya 184.29 min m3 ($171.25 mln.) mavi yanacaq satılıb.
Azərbaycandan hesabat ili ərzində ümumilikdə xaricə 26.62 mlrd. m3 təbii qazı $13.68 mlrd.-a ixrac edilib.
Qeyd edək ki, təbii qazın hər min m3-u xaricə 2022-ci ildə 790.38 dollara satıldığı halda, 2023-cü ildə 35% ucuzlaşaraq 513.77 dollar olub.