15:47 - 14.02.2024
14 fevral, Fineko/abc.az. 2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 106.2 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar ayına nisbətən 11.6% azalıb.
Bu ilin ilk ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.