12:28 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Dövlət Neft Şirkəti (SOCAR) Xatlon vilayətində “Danqara” azad iqtisadi zonasının (AİZ) ərazisində inşa olunmuş “TK-Oil” neft emalı zavodunun işə salınmasına və xammalla təmin olunmasına dəstək göstərəcək.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda Düşənbədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Tacikistan Prezidentinin tapşırığı ilə bu məsələ həm Azərbaycanın müvafiq nazirlik və idarələrinin rəhbərlikləri ilə, həm də SOCAR rəhbərliyi ilə müzakirə olunub.
“Aparılan danışıqlar nəticəsində tərəflər qərara gəlib ki, SOCAR-ın zəngin təcrübəsi və geniş potensialı “TK-Oil” neft emalı zavodunun həm işə salınmasında, həm də onun gələcək xammal təminatına dəstək göstərəcək. Hazırda Azərbaycan şirkəti Tacikistan-Çin neft emalı zavodu, “TK-Oil”in təqdim etdiyi sənədləri araşdırır. Ümid edirik ki, zavod bu yaxınlarda işə düşəcək”, – deyə Z.Zavkizoda əlavə edib.