Hindistan "Saxalin-2" neft-qaz layihəsində iştiraka maraq göstərir

11:52 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Hindistan hakimiyyəti "Saxalin-2" neft-qaz layihəsində iştiraka maraq göstərir. Əgər sazişin şərtləri onları qane edərsə, o zaman müzakirəyə açıqdırlar. 

ABC.AZ xəbər verir ki, bu barədə Hindistanın Neft və təbii qaz nazirliyinin katibi Pankac Ceyn bildirib.

"Biz Rusiyaya investisiya imkanlarını neft və qaz aktivləri baxımından nəzərdən keçirməyə davam edirik. Şərtlər bizi qane edərsə, biz həmişə danışıqlara və “Saxalin-2”də və ya başqa bir layihədə iştirak etməyə açıqıq", — deyə Ceyn bildirib.

Onun sözlərinə görə, Hindistanın "Saxalin-2" də iştirakı məsələsi "Novatek"in layihədə iştirak iddiasından əvvəl müzakirə edilib.

"Saxalin-2" Rusiyanın neft-qaz layihəsidir. 1984-cü ildə iri Lunsk yatağı, yaxınlığında isə 1986-cı ildə Piltun-Astoxsk yatağı aşkar edilmişdir. Həmin yataqla Oxot dənizində Saxalinin şimal hissəsinin yaxınlığında yerləşirlər, birlikdə "Saxalin-2" adlanıblar. "Saxalin-2" nin tərkibinə üç dəniz neft-qaz hasilatı platforması, iki boru kəməri (neft və qaz üçün), LNG Zavodu və neft-qaz terminalı daxildir.