10:28 - 13.02.2024
13 fevral, Fineko/abc.az. ABŞ-ın şist neft mədənçiləri “Diamondback Energy” və “Endeavour Energy Resources”, dəyəri 50 milyard dollardan çox olan bir neft və qaz nəhənginə birləşəcəklər.
ABC.AZ xəbər verir ki, məlumata görə, "rəqiblər “Diamondback Energy” və “Endeavour Energy Resources”, dəyəri 50 milyard dollardan çox olacaq neft və qaz nəhənginə çevriləcək".
Məlumata görə, Diamondback bunu bazar ertəsi günü elan edə bilər və Endeavour ilə birləşmə isə Birləşmiş şirkətə Permian hövzəsində lider status verəcək və rəqib ConocoPhillips ilə eyni layihələr sahəsini təmin edəcək. Hasilatı gündə 400 min bareldən çox olacağı ehtimal edilir.