11:30 - 9.02.2024
9 fevral, Fineko/abc.az. “Adani Group” konqlomeratının qurucusu, bir vaxtlar Asiyanın ən varlı adamı olan Qautam Adaninin sərvəti 100.7 milyard dollara yüksəlib.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, o, dünyanın ən varlı adamları siyahısında 12-ci yeri tutub. 2023-cü ilin əvvəlində, bir neçə gün ərzində hindli milyarderin sərvəti 37.7 milyard dollara qədər azalıb.
“Hindenburg Research” konsaltinq qrupunun hesabatından sonrakı il ərzində “Adani Group” əhəmiyyətli dərəcədə bərpa olub, borclarını ödəyə və investorların etimadını qazana bilib. Konqlomerat “Qatar Investment Authority” və “TotalEnergies” də daxil olmaqla bir neçə böyük investordan vəsait cəlb edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026