Türkiyə Rusiya ilə təbii qaza endirimləri müzakirə etməyi planlaşdırır

10:35 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Rusiya prezidenti Putinin səfərinin hazırlanması çərçivəsində Türkiyə təbii qaza endirim məsələsini Rusiya ilə müzakirə etməyi planlaşdırır.

Bildirilir ki,"Türkiyə həmişə Rusiya qazının etibarlı istehlakçısı olub".

ABC.AZ xəbər verir ki, Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar daha əvvəl Ankarada Rusiya qazına endirim gözlədiklərini və bu məsələdə qarşılıqlı anlaşmaya ümid etdiklərini bildirmişdi.

Rusiya-Türkiyə danışıqlarının enerji gündəliyinin əsas məsələlərindən biri də Türkiyə ərazisində beynəlxalq qaz mərkəzinin yaradılması layihəsi olacaq.