İran səkkiz ayda 150 ton zəfəran ixrac edib

11:02 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. İran, ölkənin təqvim ilinin ilk səkkiz ayında (21 mart — 21 noyabr 2023) 150 ton zəfəran ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin əczaçılıq zavodlarının tikintisi layihəsinin komissarı Hüseyin Zeynali yanvarın 25-də bildirib.

Onun sözlərinə görə, ilin sonuna (20 mart 2024-cü il) ölkədə 250 ton zəfəran istehsal ediləcəyi proqnozlaşdırılır.

Qeyd edili rki, İran 2022-ci ildə 244 ton xammal ixrac edib. Bu il daxili istehlakın həcmi 80 ton təşkil edib.