17:04 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin və onun misirli həmkarı Abdel Fattah əs-Sisi videokonfrans rejimində Misirin “Əl-Dabaa” AES-in 4 saylı enerji blokunun özülünə beton tökülməyə başlanmasının təntənəli mərasimində iştirak edirlər.
ABC.AZ xəbər verir ki, Misirdə ilk atom stansiyasının inşası layihəsi 2015-ci il Rusiya-Misir hökumətlərarası sazişi əsasında "Rosatom" dövlət korporasiyası tərəfindən həyata keçirilir. Ümumilikdə ümumi gücü 4800 meqavat olan dörd enerji blokunun tikintisi nəzərdə tutulur.