Rusiya 2023-cü ilin sonuna qədər Çinə 5,18 milyard dollar dəyərində LNG tədarük edib

12:10 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Rusiya 2023-cü ilin sonuna qədər Çinə 5,18 milyard dollar dəyərində 8 milyon ton LNG tədarük edib.

ABC.AZ xəbər verir ki, bu barədə ÇXR Baş Gömrük İdarəsinin məlumatlarında deyilir.

Ötən il tədarük həcminin artımı 2022-ci illə müqayisədə 23% təşkil edib, həmin ildə Çin Rusiyadan 6,88 milyard dollar dəyərində 6,5 milyon ton mayeləşdirilmiş təbii qaz alıb. 2023-cü ildə LNG-nin Çinə tədarükü üzrə liderlər Avstraliya (24 milyard dollarlıq 14,7 milyon ton LNG) və Qətər (16,6 milyard dollarlıq 10,2 milyon ton LNG) olaraq qalıb.