16:24 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasından Türkiyə kimi böyük bir bazara “yaşıl enerji”nin ixrac imkanları nəzərdən keçirilir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
“Çoxlu sayda texniki məsələlər müzakirə olunmalıdır, Azərbaycanın ötürücü sistem operatoru ilə qardaş ölkənin müvafiq qurumu arasında müqavilələr bağlanıb”, - deyə C. Abdullayev qeyd edib.
Onun sözlərinə görə, “yaşıl enerji” sahəsi ilə bağlı Naxçıvan xüsusi üstünlüklərə malikdir: “Günəş enerjisindən əldə olunan elektrik enerjisinin balanslaşdırılması məqsədilə istifadə edilə biləcək külək potensialı da mövcuddur. Hazırda Naxçıvanda Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı xüsusi konsepsiyanın işlənməsi üçün texniki tapşırıq hazırlanıb. Beynəlxalq məsləhətçi şirkətin seçimi ilə bağlı işlər gedir”.