"Novatek" şirkəti 2023-cü ildə qaz hasilatını 0,3% artırıb

11:23 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Rusiyanın "Novatek" şirkəti 2023-cü ildə təbii qaz hasilatını 0,3% artıraraq 2022-ci illə müqayisədə 82,39 milyard kubmetrə çatdırıb.

ABC.AZ xəbər verir ki, ilkin məlumatlara görə, mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla təbii qazın ümumi satış həcmi 2023-cü ildə 78,63 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci ilin səviyyəsindən 2,7% yüksəkdir.

"Novatek"in maye karbohidrogenlərinin hasilatı 2023-cü ildə 3,6% artaraq 12,37 milyon tona çatıb. Ümumilikdə karbohidrogen hasilatı 0,9% artaraq 644,7 milyon barel neft ekvivalentinə çatıb.

2023-cü ildə maye karbohidrogenlərin ümumi satış həcmi 15,9 milyon ton təşkil edib ki, bu da 2022-ci il üçün analoji göstəricidən 0,3% çoxdur.