Laçının iki kəndinə elektrik xətti çəkilişi 2 milyon manata başa gələcək

16:16 - 16.01.2024


16 yanvar, Fineko/abc.az. “Azərişıq” ASC “Şans Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 772 258.66 AZN təşkil edir.