Qlobal neft tədarükünün təxminən 20%-i təhlükə altında ola bilər - Səbəb

14:40 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. İran Yəmənə hücumlara cavab tədbirlər görərsə, dünyanın neft və LNG tədarükünün təxminən 20%-i təhlükə altında olacaq.

ABC.AZ xəbər verir ki, İranın Hörmüz boğazından keçən yük daşımalarını məhdudlaşdırması dünya yanacaq bazarlarına xüsusi təsir göstərə bilər. Bu addımın nəticələrinin yanacaq bazarları üçün Ukraynadakı müharibənin təsirindən iki qat daha əhəmiyyətli ola biləcəyi güman edilir.