2023-cü ildə xaricdən Çinə təbii qaz tədarükü 9,9% artıb

10:56 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Xaricdən Çinə təbii qaz tədarükü 2023-cü ildə 9,9% artaraq 119,97 milyon ton, neft isə 11% artaraq 563,99 milyon tona çatıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, dəyər baxımından qaz idxalı 8,1% azalaraq 64,34 milyard dollara düşüb. Neftə gəldikdə isə, onun xaricdən pul ifadəsində alış həcmi 7,7% azalaraq 337,49 milyard dollar təşkil edib.