17:30 - 11.01.2024
11 yanvar, Fineko/abc.az. 2023-cü ilin dekabr ayında Azərbaycanda gündəlik 480 min barel neft hasil olunub.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın dekabr ayı üçün gündəlik xam neft hasilatı üzrə kvotası 684 min barel təşkil edib. Beləliklə, Azərbaycan dekabrda OPEC+ kvotasından 204 min barel geri qalıb. Azərbaycan Energetika Nazirliyi 2023-cü ilin dekabr ayında ölkədə neft hasilatı ilə bağlı məlumatı hələ təqdim etməyib.