Səudiyyə Ərəbistanı təkcə neft deyil, bütün növ enerji istehsal etməyi planlaşdırır

12:05 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanı yalnız neft hasilatı ilə məhdudlaşmadan hər cür enerji istehsal etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin energetika naziri şahzadə Əbdüləziz bin Salman Al Səud bildirib.

“Biz artıq hər cür enerji istehsal edən ölkə olmaq istəyirik və məqsədimiz, bunu sübut etməkdir”, - deyə Riyaddakı “Gələcəyin faydalı qazıntılar” Forumundakı çıxışında bildirib.

Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı “yaşıl enerjiyə lazmi keçidi təşviq edən hər şeyə” sərmayə qoyur və eyni zamanda “ənənəvi neft ixracatçısı rolundan uzaqlaşaraq müxtəlif enerji növlərinin aparıcı ixracatçısı” olmaqdadır.