SOCAR-a məxsus bu şirkətin direktoru dəyişdirildi

11:49 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) zavodunun rəhbəri dəyişdirilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Emil Alxaslı Aydın oğlu SOCAR Polymer Zavodunun direktoru təyin edilib. Buna qədər sözügedən vəzifədə Fərid Cəfərov İskəndər oğlu idi.

Emil Alxaslı bundan öncə “SOCAR Downstream” MMC-yə rəhbərlik edirdi. Bundan öncə SOCAR-ın törəmə təşkilatlarında, o cümlədən “SOCAR Türkiye”də və TOTAL kimi dünyaca məşhur enerji şirkətində çalışıb.

O, ali təhsilə Bakı Dövlət Universitetindən başlayaraq, 2002-2006-cı illərdə Tətbiqi riyaziyyat və iqtisadi kibernetika üzrə bakalavr, 2007-2008-ci illərdə Rusiya Dövlət Neft və Qaz Universitetində Neft iqtisadiyyatı və idarəetmə üzrə magistr, Corc Vaşinqton Universitetinin Biznes Məktəbinin Layihələrin idarəedilməsi üzrə magistr dərəcəsinə sahib olub.