14:17 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Azərbaycan “Lukoil”un Bolqarıstandakı neft emalı zavodunu satın almağı nəzərdən keçirir.
ABC.AZ Interfax-a istinadən xəbər verir ki, Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov “Euronews Bulgaria”a bildirib.
Səfir bildirib ki, “konkret təklif alınarsa”, Azərbaycan höküməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkədəki “LUKOIL Neftochim Burgas” neft emalı zavodunu almaq variantını nəzərdən keçirməyə hazırdır.
“LUKOIL” 1999-cu ilin oktyabrında Bolqarıstanda fəaliyyətə başladı və 8.8 milyon ton gücü olan “Burgas” neft emalı zavodunun nəzarət paketinin sahibi olub. Şirkət həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir.
Qeyd edək ki, Bolqarıstan parlamenti 2023-cü ilin sentyabrında Rusiya neftinin idxalının tədricən dayandırılmasını təsdiqləyib.