12:28 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 302,5 ton şəkər tozu və qənd istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 41,2 ton və ya 12% azalıb.
Ötən ilin yanvar-noyabr aylarında 343,7 ton şəkər tozu və qənd istehsal edilmişdi. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 35,3 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 5,6 ton, yəni 18,9% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 29,7 ton olub.
14 Avqust 2026