Neft bahalaşmaqda davam edir, Brent bir barel üçün $76,93 təşkil edir

09:35 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti əvvəlki hərracların nəticələrinə görə 3% artdıqdan sonra cümə günü ticarətdə artmağa davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:30-da $0,32 (0,42%) artaraq bir barel üçün $76,93-a çatıb. Dekabrın 14-də Brent markalı neftin fevral ayı üçün fyuçersləri $2,35 (3,16%) artaraq bir barel üçün $76,61-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar ayı fyuçerslərinin qiyməti saat 09:30-da $0,26 (0,36%) artaraq bir barel üçün $71,84-a çatıb. Dekabrın 14 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $2,11 (3,04%) artaraq bir barel üçün $71,58-a çatıb.