Son 11 ayda əhali içkilərə və siqaretə 2 milyard 173,4 milyon manat pul xərcləyib

16:18 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhali içkilərə və siqaretə  2 milyard 173,4 milyon manat pul xərcləyib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 0,6% çoxdur.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,2% faizi yuxarıda qeyd olunan malların alınmasına sərf olunub.