İran Suriyada neft emalına başlayacaq

17:05 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. İran Suriya ilə Homsdakı Neft Emalı Zavodunda xarici emalın başlanması barədə danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, Eksterritorial neft emalı zavodlarında (NEZ) təmir işlərinin əlaqələndirilməsi üzrə rəhbəri Əli Şahverdi  deyib ki, İran Nikaraqua, Kuba, Cənubi Afrika və Orta Asiya ölkələri kimi ölkələrdən neft emalı sahəsində əməkdaşlıq barədə sorğular qəbul edib. O, əsas variantın Homsdakı Neft Emalı Zavodu olacağını qeyd edib.