11:49 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, indiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil NKA quraşdırılıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.