11:09 - 6.11.2023
6 noyabr, Fineko/abc.az. İlon Mask artıq istifadə olunmayan köhnə “Twitter” hesablarını satmağı düşünür.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Mask bu yolla gəlir əldə etməyi planlaşdırır. Mask bunu bir çox reklamçının onun platformasını tərk etməyə başladığı üçün etməyə başlayıb.
Şirkət köhnə hesabları satmaqla reklam gəlirlərindəki böyük bir boşluğu doldurmağı planlaşdırır. “Forbes” yazır ki, “X” potensial alıcılara aktiv olmayan hesabı 50 min dollara almaq təklifləri göndərməyə başlayıb.
Reklam analitiklərinin təhlili göstərir ki, “X”in reklam gəlirləri İlon Mask platformanı aldıqdan sonra hər ay 55%-dən çox azalıb. Hesabın silinməsinin qarşısını almaq üçün “X” şirkəti istifadəçilərə ən azı 30 gündə bir dəfə ona daxil olmaları barədə xəbərdarlıq edir.
10 Avqust 2026
10 Avqust 2026