14:21 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. “Azərişıq” ASC “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, müqavilədə Qubadlı rayonu, Fərcan yaşayış məntəqəsi ərazisində yerləşən sərhəd məntəqəsinin elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və KTM-in quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.996.058 manatdır.