10:06 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. “Xiaomi” şirkəti yeni nəsil “Xiaomi 14” smartfonlarını təqdim edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Xiaomi 14” və “Xiaomi 14 Pro” modellərinin özəlliyi prosessor və displeydir.
Bundan əlavə, cihazlar Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilmiş ilk smartfonlar olub.
“Pro” versiyası Allaround Liquid Display texnologiyalı 6.7 düymlük WQHD+ displeyinə malikdir, burada ekran daimi əyriliyi təmin etmək üçün dörd tərəfdən və künclərdə bir qədər aşağı əyilir.
Cihaz həmçinin sələfi ilə müqayisədə artan möhkəmliyə malik yeni nəsil keramik qoruyucu şüşə alıb.
18 Avqust 2026