09:00 - 9.10.2023
9 oktyabr, Fineko/abc.az. Nefin etalon markalarının qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi hərracda yüksəlir.
Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 08:57 – dək Londonun ICE Futures birjasında $2,91 (3,44%) artaraq bir barel üçün $87,49-a çatıb. 6 oktyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersləri $0,51 (0,61%) artaraq bir barel üçün $84,58-a yüksəldi.
Noyabr ayı üçün Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fyuçersləri saat 08:57 – ə qədər $3,13 (3,78%) artaraq bir barel üçün $85,92-a çatdı. 6 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,48 (0,58%) artaraq bir barel üçün $82,79-a yüksəldi.
Ötən həftə Brent markalı neft 8,26%, WTI isə 8,81% ucuzlaşıb.