ABŞ və Rusiyanın ticarət dövriyyəsi kəskin azalıb

10:39 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. ABŞ və Rusiya arasında ticarət dövriyyəsi sanksiyaların tətbiqindən sonra yeni minimum səviyyəyə çatıb və iyulda 277 milyon dollar təşkil edib. Bu, 2022-ci ilin fevral ayı ilə müqayisədə 11 dəfə azdır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə ABŞ Rusiyanın ən böyük ticarət tərəfdaşları arasında beşinci yeri tutub. Bu, ən azı 2000-ci ilin əvvəlindən bəri minimum rəqəmdir. Eyni zamanda, Rusiyadan tədarük əmtəə dövriyyəsinin 90%-ni təşkil edir. İyulda ABŞ-dan ixrac 36 milyon dollara düşüb.

Ölkələr arasında ticarət dövriyyəsində üç əsas kanal qalıb: Rusiyadan nüvə yanacağı, gübrələr və platinoidlərin (palladium, platin, rodium) tədarükü. Bu ilin yeddi ayı ərzində ABŞ Rusiyadan 3 milyard dollar dəyərində mal idxal edib ki, bunun da 2.5 milyard dolları bu qrupların payına düşüb.