14:37 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. Türkiyənin aparıcı online ticarət platforması “Hepsiburada” Azərbaycana gəlir.
ABC.AZ Türkiyə mətbuata istinadən xəbər verir ki, bunu “Hepsiburada”nın icraçı direktoru Nilhan Onal Gökçetekin deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanla yanaşı, İsrailə də investisiya qoyulması istiqamətində sınaqlara başlanılıb: “Fərqli dillərdə və müxtəlif valyutalarda xidmətlər göstərməyə başladıq. Gələcək günlərdə və illərdə Türkiyənin ixracatına ciddi töhfə verəcəyik. Biz mədəni və tarixi əlaqələrimizin olduğu coğrafiyalarla əməkdaşlıq və tərəfdaşlıq üzərində işləyirik. Şirkət olaraq ticarətin rəqəmsallaşmasına istiqamət verən innovativ texnologiyalara sərmayə qoymağı hədəfləyirik”.
Qeyd edək ki, “Hepsiburada.com” 1998-ci ildə yaradılıb. O yalnız online xidmət göstərən alış-veriş platformasıdır.
18 Avqust 2026
17 Avqust 2026