Neft Fondu AÇG üzrə gəlirləri açıqlayıb

15:52 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə ABC.AZ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) istinadla xəbər verir.

Qeyd olunur ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7 % azdır.