11:54 - 6.07.2018
6 iyul, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) yanvar-iyun aylarında dövlət büdcəsinə 1 618 996,9 min manat köçürüb.
DGK-in məlumatında deyilir ki, yanvar ayında Komitənin xətti ilə dövlət büdcəsinə 226 088,3 min manat, fevralda 219 663,6 min manat, martda 281 238,10 min manat, apreldə 300 591,9 min manat, mayda 298 054,8 min manat, iyunda 293 360,2 min manat köçürülüb.
“Gömrük rüsumları üzrə iyunda 70 693,7 min manat, ƏDV üzrə 202 358,4 min manat, aksiz vergisi üzrə 17 330,2 min manat, yol vergisi üzrə 2 977,9 min manat köçürülüb”, - məlumatda belə deyilir.
Azərbaycanın Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 608 milyon manat köçürüb.