“Moody’s” SOCAR-ın əsas kredit qiymətləndirməsini yüksəldib

16:45 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas kredit qiymətləndirməsini (CFR) ba3-dən ba2-yə yüksəldib.

ABC.AZ “Moody’s” agentliyinə istinadən xəbər verir ki, eyni zamanda agentlik SOCAR-ın korporativ ailə reytinqini (CFR) Ba1 səviyyəsində təsdiqləyib.

Reytinqlərin proqnozu stabildir.