TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

16:16 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. Bu ilin əvvəlindən Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 7,59 milyard kubmetr həcmində "mavi yanacaq" ötürülüb.

ABC.AZ xəbər verir ki, bu barədə TAP AG konsorsiumundan bildirilib.

Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 27,09 milyard kubmetr qaz nəql edilib. Bunun 1,37 milyard kubmetri Bolqarıstana, 2,85 milyard kubmetri Yunanıstana, 22,65 milyard kubmetri isə İtaliyaya göndərilib.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.